Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri – 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb – 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…