Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Gimnastika İttifaqının ikiillik Baş Assambleyası keçirilib.Azərtac xəbər verir ki, ölkəmizi tədbirdə Azərbaycan Gimnastikası Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, İcra Komitəsinin üzvü Mariana Vasileva, federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev və texniki direktoru Natalya Bulanova təmsil ediblər.Qırx yeddi üzv federasiyanın iştirak etdiyi Baş Assambleyada bir sıra mühüm qərarlar qəbul edilib. Əsas qərarlar isə gimnastikanın gələcək inkişafı naminə təşkilatın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi və təşkilatın adının dəyişdirilməsi sayıla bilər. Bundan sonra Avropa Gimnastika İttifaqı “Avropa gimnastikası” adlanacaq. Bu dəyişiklik isə 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək.“Avropa gimnastikası”na 2006-2017-ci illərdə AGF-nin baş katibi olmuş, azərbaycanlı Fərid Qayıbov rəhbərlik edir.Təşkilatın Baş Assambleyasının növbəti iclası isə 2021-ci ilin dekabrında Portuqaliyanın Albufeyra şəhərində keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…