“Fənərbağça” futbol klubu “Yeni Malatyaspor”un qonağı olub

24 Noyabr 2019 21:54

Xəbər 540 dəfə oxunub

Noyabrın 24-də Türkiyə Superliqasının XII turunda “Fənərbağça” səfərdə “Yeni Malatyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, “Yeni Malatyaspor” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.Günün digər oyunlarında “Göztəpə” səfərdə “Alanyaspor”u minimal hesabla məğlub edib 0:1. “Kayserispor” klubu isə doğma meydanda “Sivasspor”a 1:4 hesabı ilə uduzub. “Gənclərbirliyi” isə səfərdə “Kasımpaşa”nı 1:2 hesabı ilə üstələyib.Tura noyabrın 25-də keçiriləcək “Antalyaspor” – “Qaziantepspor” matçı ilə yekun vurulacaq.Hazırda “Sivasspor” 24 xalla turnir cədvəlinə liderlik edir. “Trabzonspor” və “İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.xeber100.com