Noyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.Azərtac xəbər verir ki, həftənin son oyununda “Neftçi” “Qəbələ”ni qəbul edib. “Bakcell Arena”da baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:1.Hesabı 17-ci dəqiqədə Soni Mustivar açıb. Ömər Buludov 24-cü, Stiven Monroz isə 35-ci dəqiqədə fərqlənməklə “Neftçi”nin üstünlüyünü bir qədər də möhkəmləndiriblər.Meydan sahibləri ikinci hissədə daha 2 qol vurublar. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Evangelos Platellas “Qəbələ”ni məyus edib. Bundan 3 dəqiqə sonra isə Donald Gerye avtoqola imza atıb.Bu qələbədən sonra xalını 21-ə çatdıran “Neftçi” 2-ci pilləyə yüksəlib. “Qəbələ” isə 9 xalla son sıradadır.Qeyd edək ki, hesabat turunda “Sumqayıt” evdə “Qarabağ”ı 2:1, “Zirə” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Təkcə “Səbail” – “Sabah” oyununda qonaqlar qalib gəlib – 1:3.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…