Futbol üzrə Türkiyə Superliqasının XII turuna “Antalyaspor” – “Qaziantep” oyunu ilə yekun vurulub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib -1:1. Hesabı 37-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Papi Djilobodji açıb. Meydan sahiblərinin bu qola cavabı oyunun 84-cü dəqiqəsində gəlib. Nazim Sanqara komandasını məğlubiyyətdən xilas edib.On iki turdan sonra Türkiyə çempionatına 24 xalla “Sivasspor” liderlik edir. “Trabzonspor” və “İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hər ikisinin aktivində 21 xal olan “Fənərbağça” dördüncü, “Beşiktaş” isə beşincidir. “Qalatasaray” isə 19 xalla səkkizinci pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…