Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib.Azərtac xəbər verir ki, yarışda Gürcüstan, Latviya, Rusiya, Ukrayna və Azərbaycan milliləri A, Belarus, Estoniya, Latviya, Polşa komandaları isə B qrupunda mübarizə aparıblar.“Avro 2020”yə seçim xarakteri daşıyan çempionat Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb və komanda Avropa çempionatına vəsiqə qazanıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız həlledici görüşdə Polşadan güclü olublar – 3:0. Üçüncü yer uğrunda matçda isə Ukrayna və Belarus milliləri üz-üzə gəliblər. Daha güclü olan Belarus millisi 3:2 hesabı ilə qələbə qazanaraq bürünc medala yiyələnib.Qeyd edək ki, A qrupunda oynayan komandamız Rusiya, Ukrayna, Latviya və Gürcüstanla qüvvəsini sınayıb və bütün görüşləri məğlub başa vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…