FIFA və “France Football” jurnalı “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar

2 Dekabr 2019 13:22

Xəbər 471 dəfə oxunub

Dekabrın 2-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq mərasim Parisdəki “Şatle” teatrında baş tutacaq. Təqdimat mərasiminin aparıcılarından biri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olacaq.Mükafatın qalibi üç namizəd – “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Liverpul”un niderlandlı müdafiəçisi Virgil van Deyk arasından seçiləcək.“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər Kriştiano Ronaldo və argentinalı Lionel Messi hərəsi 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüblər. Ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.xeber100.com