2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb

3 Dekabr 2019 13:29

Xəbər 513 dəfə oxunub

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda İngiltərə, Yunanıstan və San-Marino komandaları ilə birgə mübarizə aparacaq.Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.xeber100.com