Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq estafet yarışları təşkil edib.Azərtac federasiyanın saytına istinadla xəbər verir ki, dekabrın 7-də Milli Gimnastika Arenasında keçirilən yarışlara “Şahdağ”, “Odlar Yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və “Babək” komandalarının heyətində 200-ə yaxın iştirakçı yer alıb.Azərbaycan Gimnastika Federasiyası tərəfindən ilk dəfədir təşkil edilmiş bu estafetdə gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, eləcə də bəzi məşqçilər iştirak ediblər.İştirakçılar üçün hazırlanmış beş oyunun hər biri üç mərhələdən ibarət olub. Çox maraqlı və əyləncəli estafetin sonunda “Qarabağ” komandası qalib gəlib. “Gülüstan” və “Babək” komandaları isə ikinci və üçüncü yerləri tutublar. Mükafatçılara kuboklar təqdim edilib.Estafet yarışlarında qaliblər elan olunsa da, bu simvolik xarakter daşıyıb və hər bir iştirakçı, komanda qalib hesab edilib. Çünki arenada birgə yarışan valideynlər övladlarına, eyni zamanda, övladları isə valideynlərinə dəstək olublar. Tədbirin keçirilməsində əsas məqsəd idmançılar, onların valideynləri, eləcə də məşqçilər və tamaşaçılar arasında kollektiv ruhu inkişaf etdirərək onların fiziki hazırlığını yüksəltmək, həmçinin gimnastikanın təkcə idmançılar üçün deyil, hamı üçün olmasını əyani şəkildə göstərməkdən ibarət olub.Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi və estafetin təşəbbüskarı Mariana Vasileva yarışla bağlı belə deyib: “Bu, çox maraqlı yarışdır, çünki estafetdə təkcə idmançılar yox, həm də onların valideynləri və məşqçilər iştirak edirlər. Estafet iştirakçıları arasında yaş həddi qoyulmayıb. Belə ki, valideynlər arasında hətta gimnast Nərminə Səmədovanın nənəsi də iştirak edib. Gimnastika hamının məşğul ola biləcəyi bir növdür”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…