Azərbaycan Premyer Liqasının rəmzi komandası müəyyənləşib

11 Dekabr 2019 12:30

Xəbər 548 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 2, “Neftçi”dən 4 və “Zirə”dən 4 oyunçu daxil edilib.Rəmzi heyətdə Səlahət Ağayev (“Neftçi”), Aliton Silva (“Qarabağ”), Adrian Skarlatake (“Zirə”), Anton Krivotsyuk, Tural Axundov (hər ikisi “Neftçi”), Nicat Süleymanov, Elvin Camalov (hər ikisi “Zirə”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Xulio Sezar Rodrigez (“Zirə”) və Stiven Monroz (“Neftçi”) yer alıblar.xeber100.com