Dekabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Arsenal” komandasının qonağı olub. Görüş “Mançester Siti”nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”in heyətində Kevin De Brüyne (2) və Rahim Sterlinq fərqləniblər.Bu qələbədən sonra “Mançester Siti” xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Arsenal” isə 22 xalla 9-cu pillədə yer alıb.Turun ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunub. “Mançester Yunayted” öz meydanında “Everton” klubu ilə heç-heçə (1:1), “Tottenhem” isə səfərdə “Volverhemton” komandasına qalib gəlib (2:1).Tura dekabrın 16-da “Kristal Palas” – “Brayton” oyunu ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…