Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə turnir keçirilib

17 Dekabr 2019 09:45

Xəbər 460 dəfə oxunub

Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə üzgüçülük üzrə açıq turnir keçirilib.Azərtac xəbər verir ki, turnirdə 28 klubdan 150-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.Açıq turnirdə 2008–2012-ci il yaş qrupunda olan üzgüçülər 200 metr məsafəyə qarışıq, 100 metr məsafəyə isə baterflay, arxasıüstə, bras və krol üsulları üzrə yarışıblar.İlk üç yeri tutan idmançılara diplom və medallar təqdim olunub.xeber100.com