Karatenin kempo növü üzrə Avropa çempionatı keçirilib

17 Dekabr 2019 13:09

Xəbər 687 dəfə oxunub

Azərbaycanda karatenin kempo növü üzrə Avropa çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb. Ölkəmizi çempionatda 63 kiloqram çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) ikinci kurs tələbəsi Əli Abdullazadə təmsil edib.AzTU-dan Azərtac-a bildiriblər ki, Ə.Abdullazadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.Universitetin rektoru Vilayət Vəliyev Ə.Abdullazadə ilə görüşüb və ona uğurlar arzu edib.Xatırladaq ki, Ə.Abdullazadə 2019-cu ilin mayında kempo üzrə dünya çempionu adını qazanıb.xeber100.com