UEFA 2019-cu il üçün sonuncu reytinq cədvəlini açıqlayıb

26 Dekabr 2019 13:32

Xəbər 451 dəfə oxunub

UEFA futzal üzrə milli komandaların 2019-cu il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, hesabında 2013 xal olan Azərbaycan millisi beşinci pillədə qərarlaşıb.Turnir cədvəlinə 2112 xalla İspaniya millisi başçılıq edir. Rusiya 2099 xalla ikinci, Portuqaliya isə 2088 xalla üçüncü pillədə yer alıblar.xeber100.com