“Barselona”nın yarımüdafiəçisi “İnter” komandasına transfer oluna bilər

26 Dekabr 2019 13:35

Xəbər 494 dəfə oxunub

İspaniyanın “Barselona” klubunun çilili yarımüdafiəçisi Arturo Vidal İtaliyanın “İnter” komandasına transfer oluna bilər.“La Gazzetta dello Sport” xəbər verir ki, Milan təmsilçisi futbolçuya görə “Barselona” klubuna 12 milyon avroluq təklif göndərib.Daha əvvəl bildirilmişdi ki, Katalonya təmsilçisi 32 yaşlı futbolçunu 20 milyon avroya satmaq niyyətindədir.Qeyd edək ki, cari mövsüm 19 oyuna çıxan A.Vidal 5 qol vurub.xeber100.com