Azərbaycan Milli Karate Federasiyası 2019-cu ili uğurla başa vurur.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a verilən məlumata görə, müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar. Belə ki, yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya çempionatında 2 gümüş və 5 bürünc, Avropa Oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.WKF-nin rəsmi turnirlərində – 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal “Karate1” Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal “Karate1” Seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi statistikaya daxil edilməyib.Yola salmaqda olduğumuz ildə ölkəmizdə beynəlxalq turnirlər, seminar və tədbirlər təşkil edilib. Milli komandanın üzvləri yarışlarda yüksək nəticələr əldə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…