Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilin yekunları ilə bağlı Abşeron Olimpiya İdman Kompleksində tədbir keçirib.Azərtac xəbər verir ki, yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, milli komandanın məşqçilər korpusunun və yığmanın üzvləri iştirak ediblər.Başa çatmaqda olan ilin Azərbaycan boksçuları üçün uğurlu olduğunu vurğulayan S.Mikayılov qarşıda komandamızı daha ciddi sınaqların gözlədiyini vurğulayaraq deyib: “Gələn il Olimpiya ilidir. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün, ilk növbədə, lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımi uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə Olimpiadada öz sözümüzü deyəcəyik”.Sonra N.Səfərov hesabat məruzəsi ilə çıxış edib.Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov boksçularımıza böyük ümidlər bəslənildiyini qeyd edib, Olimpiya çempionu kimi tövsiyələrini verib.R.Hüseynov boksçularımızın istər lisenziya yarışlarında, istərsə də Olimpiadada uğurla çıxış edərək xalqımızı sevindirəcəklərinə əminliyini bildirib.Məşqçilər və boksçular isə çıxışlarında onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışacaqlarını deyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…