Yanvarın 7-də İtaliya A seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, cari mövsüm uğursuz oyun nümayiş etdirən “Napoli” öz meydanında “İnter” klubu ilə üz-üzə gəlib. “San Paolo” stadionunda baş tutan görüş “İnter” klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Milan təmsilçisinin heyətində Lukaku, Lautaro Martinez, “Napoli”nin heyətində isə Arek Milik fərqləniblər.Turun digər oyununda “Milan” öz meydanında autsayder “Sampdoriya” ilə qolsuz heç-heçə edib. “Roma” isə öz meydanında “Torino”ya uduzub (0:2).Çempionluğa iddialı “Yuventus” bu mövsüm 14-cü qələbəsini qazanıb. Belə ki, turinlilər doğma azarkeşlər önündə “Kalyari”nin qapısından 4 cavabsız top keçirib. Həmin oyunda Kriştianu Ronaldu üç dəfə, Qonsalo Hiquayin isə bir dəfə fərqlənərək komandasına vacib qələbə qazandırıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Breşiya” – “Latsio” – 1:2;
SPAL – “Verona” – 0:2;
“Genoa” – “Sassuolo” – 2:1;
“Bolonya” – “Fiorentino” – 1:1;
“Atalanta” – “Parma” – 5:0;
“Leççe” – “Udineze” – 1:1.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…