AFFA-nın növbədənkənar konfransı başlayıb

8 Yanvar 2020 09:30

Xəbər 616 dəfə oxunub

Bakıda AFFA-nın növbədənkənar konfransı başlayıb. Azərtac xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən ilin ölkəmiz üçün digər sahələrdə olduğu kimi, idmanda da uğurlu olduğunu deyib. O, cari ildə də bu uğurun davam etdiriləcəyinə əminliyini ifadə edib.AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Nizamnaməsinə edilən əlavə və dəyişikliklərin İcraiyyə Komitəsinin üzvləri ilə birgə məsləhətləşmələr nəticəsində gerçəkləşdiyini diqqətə çatdırıb.AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlı Nizamnaməyə edilən əlavə və dəyişikliklərlə bağlı təkliflər arasında qurumun İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi, prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi və digər məsələlərin yer aldığını diqqətə çatdırıb.Konfrans davam edir.xeber100.com