2019-cu ildə ən yaxşı futbolçusu müəyyənləşib

8 Yanvar 2020 09:34

Xəbər 526 dəfə oxunub

Afrika qitəsinin 2019-cu ildə ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, Seneqal millisinin və İngiltərənin “Liverpul” klubunun 27 yaşlı hücumçusu Sadio Mane ötən ilin ən yaxşı futbolçusu seçilib. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. Hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə Məhəmməd Salahı (“Liverpul”, Misir) və Riyad Mahrezi (“Mançester Siti”, Əlcəzair) qabaqlayıb.Mane ötən mövsüm “Liverpul”la Çempionlar Liqasının qalibi olub.Xatırladaq ki, son iki ildə “Liverpul”un futbolçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.xeber100.com