Voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu keçirib

8 Yanvar 2020 09:37

Xəbər 514 dəfə oxunub

Yanvarın 7-də Niderlandda qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində ilk oyununu keçirib.Azərtac verir ki, millimiz Apeldorn şəhərində meydan sahibləri ilə qarşılaşıb. Görüş Niderland yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet əldə edəcək.Qeyd edək ki, millimiz növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.xeber100.com