İspaniya Superkubokunun final görüşü keçirilib

13 Yanvar 2020 10:15

Xəbər 559 dəfə oxunub

Yanvarın 12-də İspaniya Superkubokunun final görüşü keçirilib.Azərtac xəbər verir ki, turnirin həlledici görüşündə iki Madrid təmsilçisi “Real” və “Atletiko” komandaları üz-üzə gəliblər.Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Qalibi müəyyən etmək üçün iki hissədən ibarət hərəsi 15 dəqiqə olmaqla vaxt əlavə olunub. Bu iki hissədə də qalib müəyyən olunmadığından komandalar 11 metrlik cərimə zərbələri vurmağa məcbur qalıb. Bu seriyalarda daha dəqiq olan “Real Madrid” tarixində 11-ci dəfə İspaniya Superkubokunun qalibi olub.“Real Madrid” İspaniya Superkubokunun yarımfinal mərhələsində “Valensiya” klubunu (3:1), “Atletiko Madrid” isə “Barselona” komandasını (3:2) məğlub etmişdi.Qeyd edək ki, İspaniya Superkubokunun bütün üç görüşü Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.xeber100.com