İngiltərə Premyer Liqasının 22-ci turunun növbəti oyunları keçirilib

13 Yanvar 2020 10:17

Xəbər 555 dəfə oxunub

Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Aston Villa” komandasının qonağı olub.Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 1:6.“Şəhərlilər”in heyətində Riyad Mahrez (2), Serxio Aquero (3) və Qabriel Jesus fərqləniblər. Meydan sahiblərinin heyətində isə yeganə qolun müəllifi Ənvər El-Qazi olub. Bu qələbədən sonra xalların sayını 48-ə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Aston Villa” isə 21 xalla 18-ci yerdə qərarlaşıb.Günün digər erkən başlayan oyununda “Uotford” səfərdə “Bornmut”un qapısından 3 cavabsız top keçirib.Xatırladaq ki, ötən gün turun mərkəzi qarşılaşmasında turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Tottenhem” komandasının qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda azarkeşlər cəmi bir qol görüblər. Matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qalan dəqiqələrdə “Tottenhem” futbolçularının cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Bununla da Yurgen Kloppun yetirmələri ardıcıl qələbələrinin sayını 12-yə çatdırıblar.“Liverpul”un turnir cədvəlində yaxın izləyicilərində olan “Lester Siti” bu turda doğma meydanda “Southampton”a 1:2 hesabı ilə uduzub. “Çelsi” öz meydanında “Börnli”ni (3:0), “Mançester Yunayted” isə “Norviç Siti”ni (4:0) məğlub ediblər. “Şeffild Yunayted” – “Uest Hem” və “Everton” – “Brayton və Hove Albion” görüşlərində ev sahibləri minimal hesabla qalib gəliblər. “Kristal Palas” – “Arsenal” və “Vulverhempton” – “Nyukasl” matçları isə heç-heçə (1:1) başa çatıb.Beləliklə, Premyer Liqanın 22-ci turunda da qalib gələn “Liverpul” komandası xal ehtiyatını 61-ə çatdırıb. Bir oyun az keçirən Yurgen Kloppun komandası ən yaxın rəqibi “Mançester Siti”ni 14 xal qabaqlayır. Üçüncü sırada qərarlaşan “Lester Siti” 45 xal toplayıb.“Çelsi” 39 xalla dördüncü, “Mançester Yunayted” 35 xalla beşincidir.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02