Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək

14 Yanvar 2020 13:25

Xəbər 720 dəfə oxunub

Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hər iki qarşılaşmanı idarə edəcək hakimlər müəyyənləşib.Bakı İdman Sarayında keçiriləcək birinci oyunun baş hakimi Hikmət Qafarlı olacaq. Ona Anar Fərəcov və Rahin Heybətov kömək edəcəklər. Eyni məkanda təşkil olunacaq ikinci oyun isə Əli Cəbrayılova tapşırılıb. Knyaz Əmiraslanov və Fuad Həsənov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.xeber100.com