“Sabah” futbol klubu növbəti yoxlama oyununu keçirəcək

15 Yanvar 2020 14:10

Xəbər 438 dəfə oxunub

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.Azərtac xəbər verir ki, komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da Belekdəki “Titanik Mardan” stadionunda başlayacaq.Qarşılaşma “Sabah” futbol klubunun “YouTube” kanalı ilə canlı yayımlanacaq.Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib.xeber100.com