Latviyada cüdo üzrə çempionat start götürüb

15 Yanvar 2020 14:21

Xəbər 589 dəfə oxunub

Latviyanın paytaxtı Riqa şəhərində cüdo üzrə çempionat start götürüb. Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov yarışda çempion olub.Azərtac xəbər verir ki, kişilər arasında 73 kiloqram çəkidə mübarizə aparan Latviya vətəndaşı, Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov rəqiblərinə qalib gələrək birinci yerə çıxıb və qızıl medala layiq görülüb.Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov idmançını qələbə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.xeber100.com