Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin üçüncü gününün yarışları keçirilib.Azərtac xəbər verir ki, yarışın üçüncü günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Belə ki, Əli Hacıyev (55 kq), Nahid İsmayılov (73 kq), Məhəmməd Məmmədzadə (+90 kq) oğlanlar arasında keçirilən yarışlarda birinci yeri tutublar. Qızlar arasında isə Nigar Şahməmmədova (44 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (+70 kq) ilk pillədə qərarlaşıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Beləliklə, birinciliyin fərdi yarışları başa çatıb.Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də komanda yarışları ilə yekun vurulacaq.Xatırladaq ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…