“Səbail” futbol klubu “Olimpik” komandası ilə qarşılaşacaq

18 Yanvar 2020 19:12

Xəbər 474 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu ikinci yoxlama oyununu yanvarın 18-də Ukraynanın “Olimpik” komandasına qarşı keçirəcək.Azərtac xəbər verir ki, “Miracle Resort Otel”in meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetisu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), dörd gün sonra isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.xeber100.com