“Tata Steel Chess 2020” turnirində növbəti oyunlar keçiriləcək

18 Yanvar 2020 19:33

Xəbər 476 dəfə oxunub

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan və təmsilçimiz Rauf Məmmədovun da iştirak etdiyi “Tata Steel Chess 2020” turnirində yanvarın 18-də yeddinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, B qrupunda mübarizə aparan şahmatçımız növbəti turda turnir cədvəlinin liderlərindən olan hindistanlı Surya Şexar Ganquli ilə mübarizə aparacaq.Altı turdan sonra şahmatçımız 3 xal toplayıb.xeber100.com