“Keşlə” futbol klubu yoxlama oyunu keçirib

23 Yanvar 2020 08:46

Xəbər 708 dəfə oxunub

Yanvarın 22-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” klubu yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 18:00-da start götürən matçda paytaxt təmsilçiləri 1:2 hesabı ilə uduzub. Komandamızın yeganə qolunu 70-ci dəqiqədə Aleksandr Kristavao vurub.Qeyd edək ki, “Keşlə” ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzub. Komanda Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.xeber100.com