“Qarabağ” futbol klubu “Jetisu” komandasını məğlub edib

23 Yanvar 2020 08:49

Xəbər 584 dəfə oxunub

Yanvarın 22-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” klubu yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, Ağdam təmsilçiləri Qazaxıstanın “Jetisu” klubu ilə üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 18:00-da start götürən matç “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Komandamızın yeganə qolunu 5-ci dəqiqədə Mahir Əmrəli vurub.Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk oyunda “Akademika Klinçeni” (Rumıniya) ilə heç-heçə edib – 2:2.xeber100.com