Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib

22 Yanvar 2020 08:50

Xəbər 443 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.Azərtac xəbər verir ki, birinci dövrənin yanvarın 22-də oynanılan növbəti matçında “Azərreyl” və “Express” komandaları üz-üzə gəliblər.Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada “Azərreyl” komandası 3:0 hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ilk qələbəsidir.Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” turnir cədvəlində birinci pillədə yer alıb. MOİK 4 xalla ikinci, “Azərreyl” isə 3 xalla üçüncüdür.xeber100.com