Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək

29 Yanvar 2020 14:45

Xəbər 697 dəfə oxunub

Fevralın 1-də Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək.Azərtac xəbər verir ki, oğlanlardan ibarət komandalar arasındakı oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək.Həmin gün “Sıçrayış” və “80-lər” basketbol klubları arasındakı görüş saat 17:30-da, “Xırdalan” – “Atletik” matçı isə saat 19:30-da başlayacaq.Fevralın 2-də Superliqanın 15-ci turunun digər iki qarşılaşması təşkil olunacaq. Günün ilk oyununda “Gəncə” və “Zirvə Astara” komandaları saat 18:00-da üz-üzə gələcəklər. “Sərkərdə” və “Atom” klubları arasındakı görüş isə saat 20:00-da oynanılacaq.xeber100.com