“Liverpul” futbol klubu yeni rekord müəyyənləşdirib

31 Yanvar 2020 13:47

Xəbər 556 dəfə oxunub

İngiltərənin “Liverpul” futbol klubu yeni rekord müəyyənləşdirib.Azərtac xəbər verir ki, 18-ci turdan təxirə salınmış oyunda “Vest Ham” komandasını 2:0 hesabı ilə məğlub edən Liverpul təmsilçiləri bununla da cari mövsümdə Premyer Liqadakı bütün komandalara qalib gəliblər. “Liverpul” klubu tarixində ilk dəfə bir mövsümdə çempionatdakı bütün rəqiblərini məğlub etməyi bacarıb.Premyer Liqada 24 turdan sonra 23 qələbə qazanan və cəmi bir oyunda heç-heçə edən “Liverpul” 70 xalla turnir cədvəlinin lideridir. Komanda ən yaxın izləyicisi “Mançester Siti”ni 19 xal qabaqlayır.xeber100.com