“Selta Viqo” komandası öz heyətinə rusiyalı futbolçunu cəlb edib

31 Yanvar 2020 13:58

Xəbər 534 dəfə oxunub

İspaniyanın “Selta Viqo” komandası öz heyətinə rusiyalı futbolçunu cəlb edib.Azərtac xəbər verir ki, La Liqa təmsilçisi Rusiya millisinin və Moskvanın “Lokomotiv” klubunun hücumçusu Fyodr Smolovu icarəyə götürüb.Qeyd edək ki, 29 yaşlı hücumçu cari mövsümdə “Lokomotiv”də 19 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.xeber100.com