İtaliya A Seriyasının 22-ci turunun oyunları keçirilib

2 Fevral 2020 20:59

Xəbər 614 dəfə oxunub

Fevralin 2-də İtaliya A Seriyasının 22-ci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Yuventus” öz meydanında “Fiorentina” klubunu qəbul edib.“Allianz” stadionunda baş tutan görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.Turin təmsilçisinin heyətində Kriştiano Ronaldo (2) və Matias De Liqt fərqlənib.Bu qələbə sayəsində “Yuventus” aktivinə 54-cü xalı yazaraq ən yaxın izləyici, bir oyun az keçirdən “İnter”dən beş xal irəlidədir. “Fiorentina” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.Digər maraq doğuran oyun “San Siro” stadionunda qeydə alınıb. Son zamanlar yaxşı oyunu ilə diqqət çəkən “Milan” doğma azarkeşlər önündə “Hellas Verona” klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Latsio” isə SPAL-ı böyük hesabla məğlub edib – 4:1.Xatırladaq ki, turun ilk oyun günündə “Bolonya” öz meydanında “Breşiya”nı məğlub edib (2:1), “Kalyari” – “Parma” oyununda isə qalib müəyyənləşməyib (2:2). “Roma” isə səfərdə gözlənilmədən “Sassuolo”ya məğlub olub (4:2).xeber100.com