Fevralın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun növbəti görüşündə “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib.Azərtac xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna qonaqlar fəal başlayıblar. Görüşün 35-ci dəqiqəsində hesabı Bakı təmsilçilərinin müdafiəçisi Miyusko Boyoviç açıb. Cəmi beş dəqiqə sonra “Keşlə”nin hücumçusu Sezar Meza Kolli hesab arasındakı fərqi artırıb. Lakin meydan sahiblərinin müdafiəçisi İvika Zuniç 60-cı dəqiqədə hesab arasındakı fərqi minimuma endirsə də, komandanın bundan artığına gücü çatmayıb. Beləliklə, matçda “Keşlə” komandası 2:1 hesabı ilə meydan sahibi “Qəbələ”ni məğlub edib.Premyer Liqanın XV turuna “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Bu oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…