Fevralın 2-də Türkiyə Superliqasının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Kayserispor”u qəbul edib.Azərtac xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri artıq beşinci dəqiqədə hesabı açıblar. Adəm Böyük Marianonun ötürməsini dəqiq tamamlayıb. Görüşün 21-ci dəqiqəsində “Qalatasaray”ın yarımmüdafiəçisi Rayan Donk hesab arasındakı fərqi artırıb. Sofian Fequli isə 64-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Cəmi beş dəqiqə sonra Kayseri təmsilçisinin hücumçusu Muris Mesanoviç vurulan qollardan birinin əvəzini çıxıb. Matçın son dəqiqələrində Sofian Fequli dubl edərək “Qalatasaray”ın qələbəsini rəsmiləşdirib – 4:1.Günün digər qarşılaşmasında turnir cədvəlinin lideri “Sivasspor” səfərdə “Qaziantep” komandasına 1:5 hesabı ilə uduzub. “Ankaragücü” – “Kasımpaşa” oyununda qalib müəyyənləşməyib – 1:1. “Alanyaspor” isə doğma meydanda “Yeni Malatyaspor”u 2:1 hesabı ilə məğlub edib.Tura fevralın 3-də oynanılacaq “Denizlispor” – “Göztəpə” görüşü ilə yekun vurulacaq.Hazırda turnir cədvəlinə 41 xalla “Sivasspor” klubu liderlik edir. Sonrakı yerlərdə “Başakşəhər” (39 xal), “Trabzonspor” (38 xal), “Alanyaspor” (38 xal), “Fənərbağça” (37 xal), “Qalatasaray” (36 xal), “Beşiktaş” (33 xal) və digər komandalar qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…