Fevralın 21-dən 23-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan böyük heyətlə – 18 cüdoçu ilə təmsil olunacaq.Azərtac Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq) mübarizə aparacaqlar. Ağır çəkili cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.Yarışda 122 ölkədən 900-dək cüdoçu mübarizə aparacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…