Şahmat festivalının dördüncü turunda növbəti oyunlar keçiriləcək

5 Fevral 2020 13:07

Xəbər 498 dəfə oxunub

Fevralın 5-də İranın Çabahar şəhərində şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində dördüncü turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, bu turda təmsilçilərimiz yerli idmançılarla mübarizə aparacaqlar. Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Seyed Kian Purmosavi, Habil Cavadov Abtin Ataxan, B turnirində Xatun Bağırova isə Moharram Ahmadian ilə qarşılaşacaqlar.Qeyd edək ki, şahmatçılarımızdan X.Bağırova ötən turlarda maksimum xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib. A.Mirzəyev və H.Cavadov isə iki xalla 6-12-ci yerləri bölüşürlər. İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarətdir.xeber100.com