Formula 1 yarışlarının vaxtı dəyişdirilə bilər

6 Fevral 2020 13:59

Xəbər 562 dəfə oxunub

Koronavirusun yayılması ilə əlaqədar Formula 1 yarışlarının Çində keçiriləcək Qran-Pri mərhələsinin vaxtı dəyişdirilə bilər.Azərtac xəbər verir ki, bunu “Motorsport” portalına Formula 1-in idman direktoru Ross Braun deyib.Qeyd edib ki, apreldə Çində yarışları təşkil etmək mümkün olmasa, turnir təxirə salınacaq və onun keçirilmə vaxtı dəyişdiriləcək. Formula 1-in Çin mərhələsi aprelin 17-dən 19-dək keçiriləcək.Bundan əvvəl Formula E çempionatının Çin mərhələsinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.xeber100.com