Azərbaycan kuboku turnirinin final qarşılaşmaları keçiriləcək

7 Fevral 2020 14:33

Xəbər 552 dəfə oxunub

Fevralın 7-də şahmat üzrə Azərbaycan kuboku turnirinin final qarşılaşmaları keçiriləcək.Azərtac xəbər verir ki, böyüklər arasında yarışın final partiyası Aydın Süleymanlı ilə Ülvi Sadıqov arasında oynanılacaq. On iki yaşadək şahmatçıların yarışında isə Şahin Vəliyev və Tunar Davudov mübarizə aparacaqlar.Böyüklər kateqoriyasında üçüncü yer uğrunda görüşdə Nicat Abasov və Xəzər Babazadə, 12 yaşadək şahmatçıların yarışında isə Həsən Orucov və İsmayıl Süleymanlı qarşılaşacaqlar.Fevralın 4-də start götürən Azərbaycan kuboku turniri Respublika Şahmat Mərkəzində keçirilir.xeber100.com