Gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq turnir keçiriləcək

8 Fevral 2020 20:49

Xəbər 589 dəfə oxunub

Cari ildə Bakıda gimnastikanın müxtəlif növləri üzrə 8 beynəlxalq turnir keçiriləcək. İlin ilk beynəlxalq yarışı batut gimnastikası və tamblinq üzrə dünya kuboku turniridir.Azərtac xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə fevralın 8-də jurnalistlərə müsahibəsində deyib.Baş katib bildirib ki, fevralın 15-16-da keçiriləcək dünya kuboku yarışlarında iştirak edəcək Qazaxıstan, Gürcüstan və Yeni Zelandiya komandaları artıq Bakıdadır. Bu komandalar Bakıda təlim-məşq toplanışında iştirak edirlər.Milli Gimnastika Arenasının dünya kuboku yarışlarına tam hazır olduğunu deyən N.Məmməzadə bildirib ki, turnirdə 30 ölkədən 150 idmançı iştirak edəcək. Turnirin batut gimnastikası yarışlarında Olimpiya Oyunları mükafatçılarının iştirakı gözlənilir. Ötən il olduğu kimi, builki yarış da “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.Xatırladaq ki, dünya kuboku turnirində ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.xeber100.com