“Səbail” futbol klubu Konqo millisinin üzvünü transfer edib

13 Fevral 2020 14:05

Xəbər 653 dəfə oxunub

Bakının “Səbail” futbol klubu Konqo millisinin üzvü Lema Mabidi Çikitonu transfer edib.Azərtac xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək. Futbolçu “Səbail”də 8 nömrəli formanı geyinəcək.L.M.Çikitonun son klubu Mərakeş “Raca Kasablanka”sı olub.Qeyd edək ki, 2011-ci ildə Konqo millisində debüt edən futbolçu yığma ilə 23 oyuna çıxıb.xeber100.com