İtaliya A Seriyasının 24-cü turuna yekun vurulub

18 Fevral 2020 11:28

Xəbər 509 dəfə oxunub

Futbol üzrə İtaliya A Seriyasının 24-cü turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun son görüşündə “Milan” öz meydanında “Torino” komandasını qəbul edib. “San Siro” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıb – 1:0.Oyunda yeganə qolun müəllifi 25-ci dəqiqədə Ante Rebiç olub.Bu qələbədən sonra xal ehtiyatını 35-ə çatdıran “Milan” turnir cədvəlində altıncı yerə yüksəlib. “Torino” isə 27 xalla 14-cü yerdə qərarlaşıb.xeber100.com