“Çelsi” futbol klubu “Mançester Yunayted” komandasını qəbul edib

18 Fevral 2020 11:30

Xəbər 485 dəfə oxunub

İngiltərə Premyer Liqasının 26-cı turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun son görüşündə “Çelsi” doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib.“Stamford Bric” stadionunda oynanılan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Mançester təmsilçisinin heyətində Antoni Marsial və Hari Maquayer fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində yeddinci yerə yüksəlib. “Çelsi” isə 41 xalla 4-cü yerdə qərarlaşıb.xeber100.com