Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 29-da “Sumqayıt” və “Keşlə” komandaları arasında oyun ilə start veriləcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün ikinci görüşündə “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.Turun üçüncü oyunu martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” və “Qəbələ” komandaları arasında olacaq. Matç saat 16:00-da başlayacaq.Premyer Liqanın XIX turuna həmin gün saat 17:00-da başlayacaq “Neftçi”-“Səbail” matçı ilə yekun vurulacaq. Görüş “Bakcell Arena”da təşkil olunacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (19), “Səbail” (18) və “Qəbələ” (13) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…