Fevralın 21-də Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azərtac-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin, AAAF-ın birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.Çempionatda körpücük üzərinə əvvəlcə qadınlar çıxıblar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kiloqram (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219,7 xalla qızıl medala layiq görülüb. Günel Vəliyeva toplam 161 kiloqram (71+90) nəticə və 217,3 xalla ikinci, Gülçin Əlizadə isə 139 kiloqram (62+77) nəticə və 199,1 xalla üçüncü pillədə qərarlaşıblar.Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…