Futzal üzrə Yüksək Liqada XVI turun oyunlarına hakim təyinatları açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları fevralın 24-də keçiriləcək.Tura “Baku Fire”-“Record” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramiz Məhərrəmov olacaq.Saat 14:00-da start götürəcək “Araz”-“Neftçi” qarşılaşması Ceyhun Hüseynova tapşırılıb.“Yasamal”-“Premier” oyununda Anar Fərəcov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.“Bakı” və EKOL arasında keçiriləcək oyuna Hikmət Qafarlı təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.Tura “Xızı”-“Marafon” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Rahin Heybətov olacaq.Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.Qeyd edək ki, on dörd turdan sonra hesabında 42 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. EKOL komandası 36 xalla ikinci, “Marafon” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…