Azərbaycan Super Liqasında iki oyun keçirilib

26 Fevral 2020 11:28

Xəbər 585 dəfə oxunub

Fevralın 25-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində əvvəlcə “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Görüş “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə bitib.Günə “Mübariz”-UNEC matçı ilə yekun vurulub. Bu dəfə “Mübariz” fərqlənib – 3:0.Aktivindəki xalların sayını 18-ə çatdıran “Azərreyl” turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron” isə 15 xalla ikincidir.xeber100.com